Bakı. Trend:
Gəncə şəhərində fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.
Bu barədə elan Ədliyyə Nazirliyinin “Elektron hərrac” portalında yerləşdirilib.
Hərrac elanına əsasən, əmlak kompleksinin ilkin bazar qiyməti 18,4 milyon manat müəyyən edilib. İlk hərrac 11 avqust tarixində keçiriləcək və obyektin minimum satış qiyməti 15 milyon 640 min manat təşkil edəcək.
Hərracda iştirak haqqı 15 manat, iştirak üçün tələb olunan beh məbləği isə 300 manat müəyyənləşdirilib.
Satışa çıxarılan əmlak kompleksi Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 281 ünvanında yerləşir. Obyekt 20,5 hektar torpaq sahəsində yerləşən bazar və ticarət mərkəzini əhatə edir.



