Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.
Şahidlərin bildirdiyinə görə, faciə baş verən zaman atası və qardaşı yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.