Bakı. Trend:
Bu ilin I yarısı üzrə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank “Kapital Bank” olub. Bankın ümumi gəlirlərinin həcmi 972,126 milyon manat təşkil edib.
İkinci sırada 903,376 milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 401,821 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.
Ümumi gəlirlərinin həcmi ən az olan bank isə “Bank Avrasiya” olub. Bankın ümumi gəlirlərinin həcmi 10,365 milyon manat təşkil edib.
Banks
Total income
1
Kapital Bank
972,126,00
2
ABB
903,375,69
3
Pasha Bank
401,821,00
4
UniBank
214,627,42
5
Bank Respublika
180,481,27
6
AccessBank
149,848,00
7
Xalq Bank
121,060,73
8
Bank of Baku
116,580,93
9
Yelo Bank
106,781,80
10
Rabita Bank
100,393,81
11
Azer–Turk Bank
92,470,00
12
Turan Bank
71,331,00
13
ZiraatBank
68,886,60
14
Expressbank
55,050,26
15
YapikrediBank
47,043,20
16
AzersenayeBank
31,653,87
17
Premium Bank
30,052,00
18
AFB Bank
29,484,53
19
VTB Bank
26,053,10
20
Bank Melli Iran
14,283,70
21
Avrasiya Bank
10,365,04