Berlin. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.
Xəbər yenilənəcək







