Bakı.Trend:
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.
"Rusiya ilə Ukrayna arasında davam edən silahlı münaqişənin yaratdığı insan iztirabları və daha geniş regionda sabitliyə ciddi mənfi təsiri ilə bağlı dərin narahatlığımız qalmaqdadır. Azərbaycan beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini ardıcıl şəkildə təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə həllinə çağırır", - deyə o bildirib.
C.Bayramov qeyd edib ki, tərəflər beynəlxalq gündəlik çərçivəsində beynəlxalq platformalarda mümkün əməkdaşlıq məsələlərini də müzakirə ediblər.