Bakı. Trend:
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
"Ağ-qaralar" bu mərhələdə Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq.
Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" kollektivini mübarizədən kənarlaşdırıb.
"Neftçi" ilk oyunu iyulun 23-də evdə, cavab görüşünü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçirəcək.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən Belarus klubları avrokuboklarda rəqiblərini başqa ölkələrdə qəbul edirlər.