Xankəndi. Trend:
Xankəndi şəhərində güclü yanğın baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, yanğın şəhər ərazisində yerləşən və vaxtilə taxta emalı müəssisəsi kimi istifadə olunan binada qeydə alınıb.
İlkin məlumatlara əsasən, alov qısa müddətdə geniş sahəni əhatə edərək yaxınlıqdakı tikiliyə də keçib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda alovun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.