Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
“Cənab Prezident, Şuşa Qlobal Media Forumunda Sizi “Sülh adamı” adlandırdığım fikirlərimə istinad edərək "Breitbart"da dərc olunan materialı paylaşdığınıza görə, Sizə təşəkkür edirəm.
Vaşinqtda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qalmış Sizə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təşviqində əvəzsiz rolunuza görə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və firavanlığa yaxınlaşmasına tarixi töhfə verib.
Siz həqiqətən də Sülh adamısınız”, – deyə Prezident İlham Əliyevin paylaşımında bildirilir.