Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının yarımfinal matçında İngiltərə və Argentina milli komandaları arasında keçirilən oyun başa çatıb.
ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz Stadium" arenasında baş tutan görüşü ABŞ-dən olan baş hakim İsmail Elfatın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Qarşılaşma Argentina millisinin 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 55-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Entoni Qordon açıb. Argentinanın yarımmüdafiəçisi Entso Fernandes 85-ci dəqiqədə uzaqdan zərbə ilə hesabı bərabərləşdirib. Komandanın hücumçusu Lautaro Martines isə 90+2-ci dəqiqədə baş zərbəsi ilə qələbə qolunu vuraraq oyunun yekun hesabını müəyyənləşdirib – 2:1.
Turnirin əvvəlki mərhələsində İngiltərə Norveçi 2:1 hesabı ilə, Argentina isə İsveçrəni 3:1 hesabı ilə üstələmişdi.
Beləliklə, iyulun 19-da keçiriləcək dünya çempionatının final oyununda Argentina millisinin rəqibi ötən gün Fransanı 2:0 hesabı ilə məğlub edən İspaniya yığması olacaq. 3-cü yer uğrunda matçda isə Fransa və İngiltərə milliləri qarşılaşacaq.