Ermənistan Ordusunun N saylı hərbi hissəsində qulluq edən hərbçi ölüb. Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, ölən hərbçi Vayots Dzorun Badruni kəndi yaxınlığında N saylı hərbi hissədə qulluq edirdir. Müdafiə Nazirliyinin yaxın vaxtlarda bununla bağlı xəbər yayacağı bildirilir.
Xatırladaq ki, daha əvvəl Müdafiə Nazirliyi dekabrın 4-də saat 02:50 radələrində bir hərbçinin güllə yarası alması ilə bağlı məlumat yaymışdı.