Bakı. Trend:
Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes etiraf edib ki, ölkə yığmasına iş axtarışı üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə dəvət alıb.
Reuters-in məlumatına görə, Kabo-Verde Futbol Assosiasiyası onunla LinkedIn sosial şəbəkəsi üzərindən əlaqə saxlayıb.
İrlandiyada doğulan futbolçu (atası Kabo-Verdedə doğulub) portuqal dilində göndərilən ilk mesajı spam hesab etdiyi üçün ona əhəmiyyət verməyib.
“Doqquz ay sonra onlar mənə yenidən, bu dəfə ingilis dilində yazdılar və Kabo-Verde millisində oynamaq təklifi üzərində düşünüb-düşünmədiyimi soruşdular. Yalnız bundan sonra əvvəlcədən etməli olduğum şeyi etdim – ilk mesajı "Google Translate" vasitəsilə tərcümə etdim. Sosial şəbəkə vasitəsilə ünsiyyət saxlamaq olduqca qəribə yanaşma idi. Sonradan mənə izah etdilər ki, klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımda belə bir imkanın yarandığını anlayandan sonra ilk andan bu fikri dəstəklədim və bütün zəruri sənədlərin hazırlanması üzərində işləməyə başladıq”, – deyə Lopes bildirib.
Xatırladaq ki, Kabo-Verde millisi 2026-cı il dünya çempionatında çıxışını 1/16 final mərhələsində əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq başa vurub.