Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya və Belçika yığmaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşma ABŞ-ın İnqlvud şəhərində yerləşən “SoFi” stadionunda baş tutub. Oyunun baş hakimi İngiltərədən olan Maykl Oliver olub. Görüşdə 2:1 hesablı qələbəni pireneylilər qazanıb.
Matçda hesabı 30-cu dəqiqədə İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruiz açıb. Belçikanın hücumçusu Şarl De Ketelare isə 41-ci dəqiqədə hesabı bərabərləşdirib.
İkinci hissədə, 71-ci dəqiqədə belçikalıların qapıçısı Tibo Kurtua zədə səbəbindən əvəzlənib və onun yerinə meydana Senne Lammens çıxıb. İspaniyalı yarımmüdafiəçi Mikel Merino 88-ci dəqiqədə Lammenin səhvindən yararlanaraq komandasını yenidən hesabda irəli çıxarıb.
İspaniya millisi 14 iyul tarixində keçiriləcək dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu Argentina millisidir.