Bakı. Trend:
6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Axtarışlar FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən həyata keçirilir.
Xatırladaq ki, iyulun 6-da nəzarətsiz ərazidə, ən yaxın xilasetmə stansiyasından təxminən 2 kilometr məsafədə eyni ailənin dörd üzvü batmaq təhlükəsi ilə üzləşib. Operativ tədbirlər nəticəsində Rasim Məmmədov (1975-ci il təvəllüdlü) və Ayten Məmmədzadə (2016-cı il təvəllüdlü) xilas edilib, Raul Məmmədovun (2005-ci il təvəllüdlü) meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Zeynəb Məmmədzadənin (2007-ci il təvəllüdlü) axtarışları isə davam etdirilir.