Bakı. Trend:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.