Bakı. Trend:
"Qarabağ" bu gün Avropa Liqasında bu mövsüm ilk matçına çıxıb.
Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gəlib.
Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.
Avropa Liqası I təsnifat mərhələsi
20:00. "Qarabağ" – "Vestri" 3:0 Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas, 87 Baş hakim: Roman Jitari (Moldova). Tofiq Bəhramov adına Respublika stadionu.