Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
"Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib", - deyə məlumatda qeyd edilib.