Metbuat.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli dolların taleyinin necə olacağı ilə bağlı danışıb. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı dünyada birinci olduğuna görə və dünya əhalisi Amerika dollarını yığdığı müddətcə, bu valyutanın dəyərini itirməsindən danışmaq mümkün deyil.