Bakı.Trend:
bp Azərbaycanda mədəni layihələrə dəstəyini genişləndirmək niyyətindədir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan Dövlət Muzey Mərkəzinin yenilənmiş sərgi zalının, eləcə də "Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya" sərgisinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, şirkət ölkənin müxtəlif sahələrinin inkişafına yönəlmiş korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirir.
Biz fəaliyyətimizi Azərbaycanda yalnız neft-qaz layihələri ilə məhdudlaşdırmaq niyyətində deyilik. İmkanlarımız çərçivəsində müxtəlif layihələrdə iştirak etməklə ölkənin ictimai, təhsil, mədəni və sosial həyatında öz izimizi qoymağa çalışırıq. Uzun illər ərzində bp əsas diqqəti təhsil təşəbbüslərinə yönəldib. Lakin son illərdə şirkət mədəniyyət və mədəni irsin qorunması sahəsində layihələrə dəstəyini fəal şəkildə genişləndirir. Bu layihələri Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçiririk. Biz mütləq nazirliyin tövsiyələrini nəzərə alırıq, çünki bu sahənin mütəxəssisi deyilik. Əgər ölkənin zəngin mədəni irsinin tanıdılmasına az da olsa töhfə verə biliriksə, bu bizi çox sevindirir. Biz bununla fəxr edirik", – deyə o vurğulayıb.
B.Aslanbəyli bildirib ki, hazırkı layihə xüsusi əhəmiyyət daşıyır. Belə ki, layihə ümumi sahəsi təxminən 450 kvadratmetr olan beş sərgi zalının yenidən qurulmasını və onların müasir texnologiyalarla təchiz edilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra daimi və müvəqqəti ekspozisiyalarda 100-ə yaxın incəsənət əsəri nümayiş etdiriləcək.