Ağdam. Trend:
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, yanğın kəndin açıq sahəsində qeydə alınıb. Güclü küləyin təsiri nəticəsində alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.
Xəbər yenilənəcək