Şuşa. Trend:
Şuşanın Kiçik Qaladərəsi kəndinə köçürülən ilk 15 ailə mənzil başına çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında respublikanın müxtəlif bölgələrindən yola salınan ailələr kəndə çataraq yeni evlərinə yerləşməyə başlayıblar.
Mərasim çərçivəsində ailələrə sahib olduqları mənzillərin açarları təqdim olunacaq. xxx 13:35
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ilk mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə isə 18 ailə - 72 nəfər köçürülüb.
xxx 07:06
İşğaldan azad olunan Xocavənd və Şuşa rayonlarına növbəti köç prosesi gerçəkləşib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



