Bakı. Trend:
“Bavariya” futbolçusu Aryon İbrahimoviçlə müqaviləni uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2028-ci ilin yayına kimidir.
Qeyd edək ki, almaniyalı futbolçu ötən mövsüm “Haydenhaym”da icarədə olub. O, Bundesliqada 32 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.