Bakı. Trend:
Arıqlama məqsədilə sosial şəbəkələrdə reklam olunaraq satılan çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsulları ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı ciddi qanun pozuntuları müəyyən edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlər çərçivəsində "Slimluxcoffee_ariqladici_kofe", "Vellara.baku" və "Spirulina_azerbaijan_official" "Instagram" sosial şəbəkə hesablarından əldə edilən məhsul nümunələri laborator müayinələrə cəlb olunub:
"Nəticələrə əsasən, "SLT Slim Lux Coffee Premium" (fındıqlı), "SLT Slim Lux Coffee Premium", "Good Lux Green Coffee", "Green Good Lux Slimming Coffee" (fındıqlı), "Green Good Lux Slimming Capsules", "Saffren Dietary Supplement", "Spirulina" "Vellara Form Coffee" və "Vellara Form Tea" məhsullarında qida məhsullarında istifadəsinə yol verilməyən insan sağlamlığı üçün təhlükəli sibutramin maddəsi aşkarlanıb. Sibutramin ürək-damar sistemi xəstəlikləri, infarkt və insult riskini artırır, eyni zamanda, ciddi psixi pozuntulara səbəb ola bilər. Sibutraminin qida məhsullarının, eləcə də dərman vasitələrinin tərkibində istifadəsi Azərbaycanda qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədilə gətirilsə də, sonradan sosial şəbəkələr üzərindən qanunsuz satışa çıxarılıb. Bu məhsulların ölkəmizə idxalına qadağa qoyulması ilə bağlı istehsalçı ölkənin səlahiyyətli qurumlarına da rəsmi müraciət ünvanlanıb".
Məlumata əsasən, faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məktublar göndərilib.
Sibutramin maddəsi aşkarlanan məhsulların siyahısı:
№
Məhsulun adı
İstehsal tarixi /
Son istifadə müddəti
Partiya nömrəsi
İstehsalçı
1
SLT Slim Lux Hazelnut Coffee Premium
10.2024 - 08.2027
102024
“Ella Kozmetik” LTD ŞTİ
2
SLT Slim Lux Coffee Premium
04.2025 - 09.2028
012024
Ella Kozmetik LTD ŞTİ
3
Good Lux Green Coffee
04.2026 - 04.2029
042026
Ella Kozmetik LTD ŞTİ
4
Green Good Lux Hazelnut Coffee
03.2025 - 03.2028
032025
Ella Kozmetik LTD ŞTİ
5
SLT SLİM LUX Coffee Premium
01.2026 - 01.2029
012026
Ella Kozmetik LTD ŞTİ
6
Green Good Lux Slimming Capsules
01.09.2025 - 01.10.2028
4663010124
Ella Kozmetik LTD ŞTİ
7
Vellara form Coffee
10.2025 - 10.2028
102025-01
Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi
8
Vellara form Tea
10.2025 - 10.2028
102025-01
Yaser İlaç İthalat İhracat Sanayi Ticaret Limited Şirketi
9
Spirulina
10.01.2025 - 09.01.2028
-
-
10
Saffren Dietary Supplement
02.2025 - 02.2028
-
-
AQTA vətəndaşları sosial şəbəkələr vasitəsilə qanunsuz satılan, heç bir sənədi mövcud olmayan, mənşəyi və təhlükəsizliyi barədə etibarlı məlumat təqdim olunmayan “arıqlama” məhsullarından istifadə etməməyə çağırıb.






