Bakı. Trend:
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş tədbir çərçivəsində panel müzakirədə iştirak edib.
Azərbaycanın Keniyadakı Səfirliyindən verilən məlumata görə, Nayrobi şəhərində Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş, bir neçə nazir və yüksək rütbəli dövlət rəsmisi, ictimai-siyasi xadimlər və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli tədbir keçirilib.
Səfirlikdən bildirilib ki, tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu” adlı panel müzakirələrində Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev panelist olaraq dəvət alıb. Çin, İtaliya və Fransanın səfirlərinin qatıldığı müzakirələrdə səfir Sultan Hacıyev Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələləri barədə danışıb. Qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşmış ictimai-siyasi və sosial-iqtisadi bünövrənin tərkibi olan dövlət idarəçilik sistemi ölkənin hərtərəfli inkişafına yol açıb. Səfir söyləyib ki, müstəqilliyin ilk illərində xarici yardımlardan asılı olan, ərazisinin 20 faizi işğala məruz qalmış Azərbaycan mütərəqqi idarəçilik sayəsində bu gün regionda sülh və sabitliyə töhfə verən, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, habelə beynəlxalq inkişafa yardım göstərən donor dövlətə çevrilib.
Səfir Sultan Hacıyev Azərbaycanda təhsil mühitinin modernləşdirilməsi, dövlət qulluqçularının hazırlığı, əhalinin peşə qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən mütərəqqi həllər barədə məlumat verib.Qeyd edək ki, Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbi Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır.



