Bakı. Trend:
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə (163 nəfər) köçürülüb.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. xxx 11:40
Xocavənd şəhərinə növbəti köç yola salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailə - 163 nəfər köçürülür.
Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xəbər yenilənəcək