Şuşa. Trend:
Şuşada Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində musiqi proqramı nümayiş etdirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, proqramda “Qarabağ şikəstəsi”, “Şuşanın dağları”, bir sıra çərkəz musiqiləri tanınmış sənətkarlar tərəfindən ifa olunub.
Qeyd edək ki, bu gün Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans işə başlayıb. Konfransa 10 ölkədən vətəndaş cəmiyyəti nümayəndələri qatılıb, bura Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstan daxildir.




