ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Konqresi Ukraynanı Rusiya ilə müharibədə dəstəkləmək üçün cəld hərəkətə keçməyə çağırıb.
Metbuat.az-ın məlumatına görə, bazar günü radioda çıxışı zamanı Bolton bildirib ki, əgər ukraynalılara kömək etməsək, Rusiya sonda qalib gələcək.
"Məncə, biz daha yaxşısını etməliyik. Hesab edirəm ki, Nümayəndələr Palatasında və Senatda Baydenə daha çox təzyiq göstərilməlidir. Ağ ev rəhbəri Ukraynaya nəinki uduzmamağa, həm də bu ölkənin necə qalib gələ biləcəyini anlamağa imkan verəcək strategiya ilə çıxış etməlidir", - deyə Bolton qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az