Bakı. Trend:
"OPEC+" çərçivəsində fəaliyyət göstərən yeddi ölkə - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman avqust ayında neft hasilatını iyul ayı ilə müqayisədə sutkada 188 min barel artırılması barədə razılığa gəlib.
Bu barədə təşkilatın açıqlamasında bildirilir.
"OPEC+"un növbəti iclası avqustun 2-də keçiriləcək.