Qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib.
Metbuat.az-ın məlumatına görə, onların xoş günündə iştirak edən aktrisa Pərvin Abıyeva cütlüyün sevgi hekayəsindən danışıb.
“Xəbərin var?” maqazin verilişinin canlı efirinə zəng vuran Pərvin bildirib ki, Nicat Razini uşaqlıqdan sevib.
“Özüm o məclisdə iştirak etmişəm.Nicatın Raziyə olan münasibətindən və sevgisindən gözlərim doldu, belə sevgilər də varmış. Hər qadının çətin anları olur, əsas o qadını xilas edib həmin çətinlikdən çəkib çıxarsınlar”.
Pərvin cütlüyün toyunun yanvar ayında baş tutacağını qeyd edib.