Bakı.Trend:
Azərbaycanın axtarış sistemləri bazarında "Google"un iyun ayındakı payı məlum olub.
Global Stats Statistika Mərkəzinin məlumatına əsasən, 2026-cı ilin iyun ayının yekunlarına görə, "Google" Azərbaycanın axtarış xidmətləri bazarındakı liderliyini inamla qoruyub saxlayıb.
Bildirilib ki, cari ilin iyun ayında "Google"un Azərbaycanda bütün platformalar (kompüterlər, mobil cihazlar və tabletlər) üzrə bazar payı 98,51 faiz təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 4,32 faiz bəndi çoxdur.
Bundan əlavə, "Global Stats"ın məlumatına görə, ikinci yerdə qərarlaşan "Yandex" bazar payını 3,83 faiz bəndi itirərək 0,78 faizə endirib.
"Üçüncü yeri tutan "Bing"in bazar payı 0,25 faiz bəndi azalaraq 0,6 faizə çatıb. Dördüncü yerdə bazar payı 0,13 faiz bəndi azalaraq 0,06 faiz təşkil edən "DuckDuckGo" qərarlaşıb. İlk beşliyi isə bazar payı bir ay ərzində 0,08 faiz bəndi azalaraq 0,05 faizə enən "Yahoo!" tamamlayır", - deyə məlumatda qeyd edilib.