Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Mərkəzi Xəstəxanasının direktoru, Əməkdar həkim Səyyaf Tağıyevi 70 illiyi münasibətilə qəbul edib.
Görüş zamanı icra başçısı yubilyarı təbrik edərək, onun səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Elnur Rzayev Əməkdar həkimə Rayon İcra Hakimiyyətinin Fəxri fərmanını və xatirə hədiyyəsini təqdim edib.
Öz növbəsində, Səyyaf Tağıyev göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, bundan sonra da fəaliyyətini eyni məsuliyyətlə davam etdirəcəyini vurğulayıb.







