Aİ Cənubi Qafqazın parlaq gələcəyinə – qarşılıqlı bağlı, dinc və firavan gələcəyinə inanır.
Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Aİ bu gələcəyin qurulmasına fəal şəkildə töhfə verməyə çalışır və regiondakı iştirakını gücləndirməyi hədəfləyir.
"Bakıya gəldim. Aİ Cənubi Qafqazın parlaq gələcəyinə – qarşılıqlı bağlı, dinc və firavan gələcəyinə inanır. Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik.
Mən həmçinin Aİ ilə Azərbaycan arasında tərəfdaşlığı daha da dərinləşdirmək üçün buradayam. Ticarətdən nəqliyyata, energetikadan iqtisadiyyata qədər", – deyə paylaşımda bildirilir.