Bakı.Trend:
Şərur rayonunun Yengicə kəndində həyətyanı sahədə yanğın baş verib, 510 kq ot bağlaması yanıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
"Məlumatla əlaqədar dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb",-deyə Nazirliyin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanğın hadisə nəticəsində 510 kq ot bağlaması yanıb. 1020 kq ot bağlaması və 55 m² sahəsi olan yardımçı tikilinin daxilində olan 5 ədəd iribuynuzlu və 3 ədəd xırdabuynuzlu heyvan isə xilas edilib.