Bakı. Trend:
Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqda (IPU) Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Sevil Mikayılova burada Parlamentlərarası İttifaqın İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir.
Qeyd edilib ki, səfər iyunun 30-da başa çatacaq.