Bakı. Trend:
Lionel Messidən sonra Fransa millisinin hücumçusu Kilian Mbappe də Almaniya yığmasının sabiq üzvü Miroslav Klozenin dünya çempionatlarındakı qol rekorduna çatıb.
Mbappe DÇ-2026-nın 2-ci turunda İraqla ötən gecə keçirilən görüşdə (3:0) dubl edib.
Dünya çempionatının göstəricilərinə görə, bununla da o, mundiallarda vurduğu qolların sayını 16-a çatdırıb.
Ötən günə qədər sözügedən göstəricidə dünya rekordunda 16 qolla Kloze və Messi şərik idi. Argentina millisinin kapitanı Avstriya ilə dünənki görüşdə dubl edərək mundiallardakı qollarınn sayını 18-ə çatdırıb və ən yaxşı bombardir olub.
İndi Mbappenin 16, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun isə 15 qolu var. Göründüyü kimi, Mbappe Klozeyə çatmaqla yanaşı, Ronaldonu da geridə qoyub.