Bakı. Trend:
İyunun 22-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun şərəfinə dövlət ziyafəti verilib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Ziyafətdə Azərbaycan və Türkmənistan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.





