Bakı.Trend:
Paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Hazırda tənzimləmə işləri yekunlaşmaq üzrədir.
Bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyinin(ADSEA) Mətbuat Xidməti məlumat yayıb.
“Mütəxəssislərin iştirakı ilə 2 gün ərzində su tədarükünü stabilləşdirmək, normal rejim təminatını bərpa etmək mümkün olacaq.
Hazırkı vəziyyətdə tətbiq olunan müvəqqəti qrafik rejimini təqdim edirik:
Xətai rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00
Nizami rayonunun bəzi ərazilərində hazırda tətbiq olunan rejim: 06:00-10:00, 18:00-22:00”, - deyə qurumun Mətbuat Xidmətindən bildirilib.
Xatırladaq ki, iyunun 20-dən paytaxtın müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatında fasilələr yaranıb.