Cəbrayıl. Trend:
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr doğma yurda çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Şükürbəyli kəndi istiqamətində yola salınan 20 ailə artıq yeni yaşayış məntəqəsinə çatıb.
Növbəti mərhələdə ailələrə məskunlaşacaqları evlərin açarları təqdim olunacaq.
xxx 12:50
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Trend-in Qarabağ bürosunun xəbərinə görə, köç prosesinin bu mərhələsində kəndə 20 ailə, ümumilikdə 89 nəfər yerləşdirilib.
Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Xəbər yenilənəcək

