Bakı. Trend:
Bu tədris ilində paytaxtda 41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə ümumilikdə 267 şagird inklüziv təhsilə cəlb edilib:
"2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 122 sağlamlıq imkanları məhdud şagird cəlb olunub".
Məlumatda, həmçinin fərdi təhsil alan şagirdlərin də sayı açıqlanıb:
"Bu il paytaxt üzrə 827 şagird fərdi təhsil alıb BŞTİ-nin tabeliyindəki 216 təhsil müəssisəsində 827 şagird fərdi təhsil alıb.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır".