Bakı. Trend:
Milli Hidrometeorologiya Xidməti iyunun 20-si saat 22:00-a olan faktiki hava barədə məlumat yayıb.
Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 millimetr, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 millimetr olan dolu düşüb.