Bakı. Trend:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği
Diplomatik vəzifənin adı
Ödəniş pillələri
I
II
III
IV
V
VI
VII
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi
8245
8450
8660
8865
9070
9275
9485
İdarə rəisinin müavini
6635
6805
6970
7135
7300
7465
7635
Müşavir
6175
6330
6485
6635
6790
6945
7100
Şöbə müdiri
4970
5095
5220
5340
5465
5590
5715
Birinci katib
4625
4740
4855
4970
5085
5200
5315
İkinci katib
4300
4410
4515
4625
4730
4840
4945
Üçüncü katib
4000
4100
4200
4300
4400
4500
4600
Attaşe
3720
3815
3910
4000
4095
4185
4280
Qeyd: Xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği
Diplomatik rütbənin adı
Aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqq
(manatla)
Fövqəladə və səlahiyyətli səfir
550
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
500
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
450
Birinci dərəcəli müşavir
400
İkinci dərəcəli müşavir
350
Birinci dərəcəli birinci katib
300
İkinci dərəcəli birinci katib
275
Birinci dərəcəli ikinci katib
260
İkinci dərəcəli ikinci katib
250
Üçüncü katib
225
Attaşe
200
Qeyd:
Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir. Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlkidiplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır.
Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir. Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği
Diplomatik vəzifənin adı
Aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqq
(manatla)
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi
400
İdarə rəisinin müavini
330
Müşavir
310
Şöbə müdiri
250
Birinci katib
230
İkinci katib
220
Üçüncü katib
200
Attaşe
180
Qeyd:
Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.