Bakı. Trend:
Kapitallaşmasına görə ilk iki kriptovalyutanın — "Bitcoin" və "Ethereum"un (ETH) dəyəri eniş nümayiş etdirir.
Bu barədə Binance platformasının məlumatlarında bildirilib.
Saat 06:21-ə olan məlumata görə, "Bitcoin"in qiyməti 2,57% azalaraq 62 977 ABŞ dollarına düşüb. Ethereumun məzənnəsi isə 2,77% geriləyərək 1 707 dollara enib.
"CoinMarketCap"ın 19 iyun tarixinə olan məlumatına əsasən, ümumi kriptovalyuta bazarının kapitallaşması 2,17 trilyon ABŞ dolları təşkil edib. Bunun 1,26 trilyon dolları (58,1%) "Bitcoin"in, 205,8 milyard dolları (9,5%) isə "Ethereum"un payına düşür.