Bakı. Trend:
"MV Hondius" kruiz gəmisində And hantavirusunun yayılması ilə bağlı vəziyyət sabit olaraq qalır. Niderlandda karantində olan demək olar ki, bütün sərnişinlər və heyət üzvlərinin evə qayıtmasına icazə verilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.
"Niderlandda karantində olan xarici vətəndaşlar da daxil olmaqla, "MV Hondius"un demək olar ki, bütün sərnişinləri və heyət üzvləri artıq evə qayıda bilərlər", - deyə o bildirib.
Qebreyesus qeyd edib ki, təsdiqlənmiş yoluxma hallarının sayı dəyişməz olaraq 13-də qalıb, son üç həftə ərzində yeni yoluxma halları qeydə alınmayıb.