Bakı. Trend:
"Google" yeni "Google Home" səsgücləndiricisi üçün əvvəlcədən sifarişlərin qəbuluna başlayıb.
Xarici media yazır ki, qiyməti 99.99 dollar olan cihaz 25 iyunda satışa çıxarılacaq və şirkətin altı ildən sonra satışa çıxarılan ilk yeni səsgücləndiricisi olacaq.
"Google Home" səsgücləndiricisi artıq "Gemini for Home" səs bələdçisini dəstəkləyir. Bununla istifadəçilər daha mürəkkəb əmrləri təbii dildə verə, köməkçidən bir daha soruşmadan söhbətlərə davam edə və tək bir sorğu ilə birdən çox ağıllı ev cihazını idarə edə bilərlər.
Səsgücləndiricidə həmçinin 360 dərəcə səs, təkmilləşdirilmiş mikrofonlar və cihazın istifadəçini dinlədiyini və ya sorğunu emal etdiyini göstərən alt hissədə işıq halqası var. Yeni cihaz ağıllı ev idarəetmə mərkəzi kimi istifadə edilə bilər.