Bakı. Trend: SOCAR-ın prezidenti Rövşən Nəcəf “Independent Project Analysis, Inc.” (IPA) şirkətinin prezidenti və baş icraçı direktoru Nekhil Mişra ilə görüşüb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Görüşdə tərəflər layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsi, investisiya təşəbbüslərinin və kapital qoyuluşlarının səmərəliliyinin artırılması sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.


