Bakı. Trend:
İranın Energetika Nazirliyinin qonşu ölkələrlə elektrik əlaqələrini inkişaf etdirmək üçün ciddi proqramı var.
Bunu İranın energetika naziri Abbas Əliabadi bu gün İranın Mərkəzi vilayətində Rudşur İstilik Elektrik Stansiyasının buxar blokunun istifadəyə verilməsi ilə əlaqədar video-formatda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, İranın hazırda Türkiyə, İraq, Azərbaycan, Ermənistan, Türkmənistan, Əfqanıstan, Pakistanla elektrik mübadiləsi var.
Əliabadi bildirib ki, Fars körfəzinin ətrafında yerləşən bəzi ölkələr, o cümlədən Qətərlə elektrik mübadiləsi üzrə tədqiqatlar yekun mərhələdədir.
İranlı nazir deyib ki, qonşu ölkələrlə elektrik mübadilələrinin inkişaf etdirilməsi iqtisadi mənafedən əlavə, regional münasibətlərin möhkəmlənməsi və enerji sahəsində sabitliyin daha da artması ilə nəticələnə bilər.