Bakı. Trend:
ABŞ ilə İran arasında silahlı qarşıdurmanın başa çatdırılmasına yönəlmiş yekun razılaşmalar çərçivəsində Yaxın Şərqdə yerləşdirilmiş Amerika hərbçilərinin sayının azaldılması məsələsi də nəzərdən keçirilə bilər.
Bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi tərəflər arasında anlaşma memorandumunun imzalanmasına münasibət bildirərkən deyib.
Rəsmisinin sözlərinə əsasən, Vaşinqton və Tehran arasında nəzərdə tutulan 60 günlük danışıqlar müddətində ABŞ bölgədə artan gərginlik səbəbindən yerləşdirdiyi əlavə qüvvə və texniki resursları geri çəkməyi planlaşdırmır. O, həmçinin qeyd edib ki, Vaşinqton İranın üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə ümid edir.
Bildirilib ki, belə addımların atılması İranın müəyyən güzəştlərə getməsindən, o cümlədən nüvə proqramının bəzi elementlərindən imtina etməsindən asılı olacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ, İran və Pakistan Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına yönəlmiş razılaşmanı təsdiqləyiblər. Yekun sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.