Bakı. Trend:
Kubanın qərbində yerləşən Pinar-del-Rio əyalətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Karib hövzəsi ölkəsinin Milli Seysmoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:37-də paytaxt Havananın qərbində yerləşən Mantua yaşayış məntəqəsi yaxınlığında baş verib.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.