Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və Milli Qurtuluş Günü münasibətilə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin rəhbərliyi ilə Aparatın bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsidən məlumat verilib.
İyunun 15-də başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızılqaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb.
Yürüş iştirakçıları zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.



