Bakı. Trend:
Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır, bəziləri neftlə yüklənib.
ABŞ prezidenti Donald Tramp bu barədə "TruthSocial" sosial media platformasında yazıb.
"Onlar tamamilə təhlükəsiz, etibarlı və maneəsiz olan cənub yolu ilə hərəkət edirlər. Keçid üçün başqa yollar da var", - deyə Tramp qeyd edib.
Hörmüz boğazından gəmiçiliyin bərpası, tərəflərin 19 iyunda Cenevrədə imzalayacağı gözlənilən ABŞ-İran sülh müqaviləsinin şərtlərindən biridir. Tehranın son hücumlarından sonra Vaşinqton boğazda "dəniz xidmətləri"nin idarə olunması da daxil olmaqla, memorandumun müddəalarını dəyişdirmək qərarına gəlib.