19 Aprel 2024-cü il tarixində “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçirilib.
“Sabahın alimləri” respublika müsabiqəsi hər il ABŞ-də keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Müsabiqədə ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər.
Bu müsabiqıdə şagirdlər 8 kateqoriya üzrə müsabiqədə iştirak edə bilirlər:
– Riyaziyyat; – fizika, astronomiya; – kimya; – biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya); – tibb və sağlamlıq; – ekologiya, ətraf mühitin idarə olunması; – mühəndislik; – kompüter elmləri.
DÜNYA IB Məktəbinin şagirdləri ənənəvi olaraq hər il olduğu kimi bu il də müsabiqədə iştirak edərək mövcud 8 istiqamətdən üçündə 1-ci yer və birində 2-ci yeri tutublar. 1. Əli Musayev. Elçin Həsənov. Fizika-Astronomiya. I yer. Qızıl medal 2. Səid Aslanov. İbrahim Allahverdiyev. Biologiya. I yer. Qızıl medal. 3. Nicat Tağızadə. Komputer elmləri. I yer. Qızıl medal 4. Əli Abdullayev. Mühəndislik. II yer. Gümüş medal.

